İbrahim Qədirzadə Gürcüstanın "Samtrediya" klubundan ayrılıb. Matc.az xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
İbrahim bu ilin fevralından "Samtrediya"da çıxış edirdi. O, elita təmsilçisinin heyətində 16 matça çıxıb.
 
"Samtrediya" Gürcüstan çempionatının cari mövsümündə keçirdiyi 21 oyunda cəmi 10 xal toplayıb və 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest