Zirə İdman Kompleksində keçirilən matçda meydan sahibləri darmadağına seviniblər. Qəsəbə təmsilçisinin heyətində ilk yarıda Qismət Alıyevlə Ağabala Ramazanov fərqlənib

Yeni mövsümə hazırlığı davam etdirən "Zirə" və "Qəbələ" komandaları bu gün yoxlama oyununda üz-üzə gəlib. Matc.az xəbər verir ki, Rəşad Sadıqov və Elmar Baxşıyevin çalışdırdığı kollektivlər Zirədə qarşılaşıb.

Zirə İdman Kompleksində keçirilən matçda meydan sahibləri darmadağına seviniblər. Qəsəbə təmsilçisinin heyətində ilk yarıda Qismət Alıyevlə Ağabala Ramazanov fərqlənib. Fasilədən sonra isə komandanın yeni transferlərindən olan Velves Damatsena matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu, "Qəbələ"nin hazırlıq çərçivəsində ilk yoxlama görüşü idi. "Zirə" isə buna qədər bir yoxlama oyunu keçirmişdi. Qəsəbə təmsilçisi "Sabah"la qolsuz heç-heçəyə razılaşmışdı.

Yoxlama oyunu
16 iyul

Zirə – Qəbələ 3:0
Qol: Qismət Alıyev, Ağabala Ramazanov, Velves Damatsena.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest