"Sumqayıt"ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "çukariçki" komandası ilə qarşılaşmalar üçün iştirak ərizəsi açıqlanıb. Matc.az xəbər verir ki, heyətdə 21 futbolçu yer alıb. Baş məşqçi Ayxan Abbasovun ixtiyarında üç qapıçı, doqquz müdafiəçi, yeddi yarımmüdafiəçi və iki hücumçu var.
 
Qapıçılar: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev;
 
Müdafiəçilər: 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 4. Höccət Haqverdi, 5. Cəmaləddin Xocaniyazov, 7. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev;
 
Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 8. Səbuhi Abdullazadə, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 17. Murad Xaçayev, 20. Roman Hüseynov, 60. Elvin Məmmədov;
 
Hücumçular: 9. Əli Qurbani, 19. Xəzər Mahmudov.
 
Qeyd edək ki, "Sumqayıt"ın "çukariçki" ilə ilk oyunu iyulun 21-də səfərdə, cavab görüşü isə ayın 29-da Sumqayıtda baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest