"Zirə" yeni futbolçu ilə anlaşıb. Matc.az xəbər verir ki, paytaxt klubu Məhəmməd Hamdaui ilə müqavilə bağlayıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, 28 yaşlı futbolçunun son klubu ölkəsinin "De Qrafshap" klubu olub. O, həmçinin, "Vittes", "Dordrext" və "Tvente" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest