Bir neçə gün öncə "Fənərbaxça"dan ayrılan Gökhan Gönülün yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, o, bundan sonrakı karyerasını "Rizəspor"da davam etdirəcək.
 
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 36 yaşlı müdafiəçi yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında "77" nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Gökhan Gönül ötən mövsümün əvvəlində "Beşiktaş"dan "Fənərbaxça"ya transfer edilmişdi.
 
"Rizəspor" Seyfettin Anıl Yaşarı da heyətinə qatıb. "Afyonspor"dan transfer olunan 19 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest