Bir müddət öncə Türkiyənin "Başakşəhər" klubu ilə yollarını ayırmış Juliano özünə yeni iş yeri tapıb. Matc.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinə qayıdıb.
 
O, bundan sonra Braziliyanın "Korintians" klubunun uğurları üçün çalışacaq. 31 yaşlı futbolçu ilə ilyarımlıq müqavilə imzalanıb.
 
Juliano geridə qalan mövsümü "Başakşəhər"də keçirib. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Juliano daha öncə Braziliyada "Parana", "İnternasional", "Qremio", Ukraynada "Dnepr", Rusiyada "Zenit", Səudiyyə Ərəbistanında "Əl Nəsr", Türkiyədə "Fənərbaxça"nın da formasını geyinib. O, vaxtilə Braziliya millisində də 18 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest