"Çatışmazlıqları aradan qaldırmaq baxımından hər oyun bizim üçün önəmlidir. İki həftəlik toplanışdan sonra Bakıda çempionat öncəsi daha bir yoxlama oyunu keçirəcəyik. İnşallah, 14-15 avqusta qədər lazım olan formanı yığa biləcəyik"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov bu gün "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra bunları söyləyib:
 
"Təlim-məşq toplanışımızın ilk mərhələsini - Bakı hazırlığını başa vurduq. Bu müddətdə 3 yoxlama oyunu keçirdik. Əvəzedici komandamızla, "Sabah" və "Qəbələ" ilə qarşılaşdıq. Mövsüm öncəsi hazırlıqda qış toplanışından fərqli olaraq vaxt daha çox olur. Bu 3 həftədə əsasən fiziki cəhətdən və oyun planında komandanın hazırlığını daha da yaxşılaşdırmağa çalışdıq. Bəzi gedişatlar üzərində işlədik, oyundan-oyuna futbolçularda da inkişaf hiss olunurdu. Həm fiziki baxımdan, həm də oyun planında bəzi komponentləri yaxşılaşdırdıq. İyulun 18-də Türkiyəyə yollanacağıq. Orada üç oyunumuz olacaq. çatışmazlıqları aradan qaldırmaq baxımından hər oyun bizim üçün önəmlidir. İki həftəlik toplanışdan sonra Bakıda çempionat öncəsi daha bir yoxlama oyunu keçirəcəyik. İnşallah, 14-15 avqusta qədər lazım olan formanı yığa biləcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest