"Neftçi" mərkəz müdafiəçisi transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, portuqaliyalı Huqo Basto ilə 2 il müddətinə müqavilə bağlanıb.
 
28 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində "4" nömrəli formanı geyinəcək.
 
Huqo Basto Portuqaliyanın "Varzim" (2012-2013), "Braqa B" (2013-2015), "Aruka" (2015-2018), "çaves" (2018-2020) və "Eştoril" (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu "Eştoril"lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.
 
Qeyd edək ki, "Neftçi" bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest