İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Yunanıstanın "Olimpiakos" klubunun qapıçısı Joze Sanı transfer edib.
 
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Əsas qapıçısı Rui Patrisionu İtaliya "Roma"sına satan "Vulverhempton", onu həmyerlisi ilə əvəzləyib. 28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Sa 2018-ci ilin avqustundan "Olimpiakos"un formasını geyinirdi. Hansı ki, bu komanda UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu "Neftçi" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest