İspaniyanın "Barselona" klubunun bir futbolçusunda koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
Kataloniya təmsilçisinin gənc oyunçusu Kays Ruisin koronavirus testi müsbət çıxıb. 18 yaşlı yarımmüdafiəçi bir neçə gün əvvəl PSJ-dən "Barselona"ya keçmişdi. Fransalı futbolçu Kataloniya təmsilçisinin B komandasında çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest