Xatırladaq ki, Ramaldanov "Qəbələ"yə qədər "Simurq", "Sumqayıt", "Xəzər Lənkəran", Gürcüstanda "Kolxeti" klublarının formasını geyinib. O, Azərbaycan millisində 16 görüş keçirib.

"Qəbələ"də yeni məşqçi təyinatı gerçəkləşib. Matc.az xəbər verir ki, ötən mövsüm futbolçu kimi "qırmızı-qaralar"ın heyətində olan Rasim Ramaldanov məşqçi təyin edilib.
 
Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.
 
2016/17 mövsümündə "Qəbələ"də debüt edən müdafiəçi "qırmızı-qara" formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, UEFA Avropa Liqasında 3 görüşdə iştirak edib.
 
Xatırladaq ki, Ramaldanov "Qəbələ"yə qədər "Simurq", "Sumqayıt", "Xəzər Lənkəran", Gürcüstanda "Kolxeti" klublarının formasını geyinib. O, Azərbaycan millisində 16 görüş keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest