Azərbaycanlı FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb. Matc.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyununu idarə edəcək.
 
Cabbarov Albaniyanın "Teuta" və Andorranın "İnter" komandaları arasında keçiriləcək ilk oyunda iş başında olacaq. Ona yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
 
Qeyd edək ki, Albaniyada baş tutacaq bu qarşılaşma iyulun 22-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest