Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "çukariçki" Serbiya çempionatında mövsümün ilk oyununa çıxıb. Matc.az xəbər verir ki, "çukariçki" "Vozdovaç"la qarşılaşıb. 
 
Oyun "çukariçki"nin 2:1 hesablı qələbəsiylə başa çatıb. Meydan sahiblərinin hər iki qolunu Corce Yovanoviç vurub. O, 43 və 70-ci dəqiqələrdə fərqlənib.
 
"Sumqayıt" "çukariçki"ylə ilk matçını iyulun 21-də Serbiyada keçirəcək. Cavab oyunu isə iyulun 29-da Sumqayıtda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest