Antalyada təlim-məşq toplanışında olan "Zirə"nin yoxlama görüşü keçirəcəyi daha 2 rəqibin adı bilinib. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar yanvarın 23-də Ukraynanın "Vorskla", 26-da isə Makedoniyanın "Şkupi" komandaları ilə qarşılaşacaq.

Bundan başqa, ayın 18-də "Zirə"nin rəqibi olmalı Rumıniya "Konkordiya"sının təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin "Voluntari" komandası olacaq.

Qeyd edək ki, "Zirə" Antalyada ilk oyununa sabah çıxacaq. Komanda Qazaxıstanın "Taraz" klubu ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest