"Qarabağ"ın yeni transferi - monteneqrolu Marko Veşoviçin Polşa "Legiya"sından ayrılmasının səbəbi məlum olub. Matc.az Polşa mətbuatına istinadən xəbər verir ki, Veşoviç həyat yoldaşı Tamara Veşoviçin sosial şəbəkə hesabından etdiyi paylaşıma görə sözügedən klubdan ayrılıb.
 
Belə ki, 30 yaşlı cinah oyunçusu ötən mövsümün əvvəlində dizindən ciddi zədə alıb. Nəticədə, o, ancaq çempionatın son turunun oyununda meydana çıxıb. Həyat yoldaşı zədəli olduğu dövrdə "Legiya" rəhbərliyinin ona münasibətindən narazı qalan Tamara, "İnstagram" hesabında "Ən yaxşı futbolçunuz zədələnir və siz onu əlil arabasında tək qoyursuz" yazıb.
 
Polşa mətbuatının iddiasına görə, Veşoviçlə müqaviləni yeniləməyə hazırlaşan "Legiya" onun həyat yoldaşının paylaşımından sonra qərarını dəyişib.
 
Monteneqrolu futbolçu "Qarabağ"la iki illik müqavilə bağlayıb.
 
Veşoviç peşəkar futbolçu karyerasına "Buduçnost" klubunda başlayıb. O, karyerası ərzində ölkəsinin "Mladost", Serbiyada "Srvena Zvezda", İtaliyada "Torino", "Spetsiya", Xorvatiyada "Riyeka", Polşada "Legiya" klublarının da formasını geyinib. Müdafiəçi Monteneqro millisində 32 oyunda 2 qol vurub. O, 2018-ci ildən formasını geyindiyi Polşa "Legiya"sından bu yay ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest