İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası nəhəngi İngiltərənin "çelsi" klubundan ayrılan Olivye Jirunu transfer edib.
 
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Müqavilənin maddi detalları açıqlanmayıb. Fransalı hücumçu yeni komandasında "9" nömrəli formanı geyinəcək.
 
Jiru 2018-ci ildən "çelsi"də çıxış edirdi. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 17 oyunda meydana çıxıb və 4 qol vurub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest