Niderlandın "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Amsterdam təmsilçisi "Feyenoord"un kapitanı Steven Berqeysi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
 
Berqeys 2016-cı ildən "Feyenoord"da çıxış edirdi. O, ötən mövsüm meydana çıxdığı 41 oyunda 21 qolla komandanın bombardiri olub. Niderlandlı futbolçu bu oyunlarda 16 məhsuldar ötürməyə də imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest