Türkiyənin "Göztəpə" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı Lorensini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tam adı Lorensi do Nasçimento Rodriqes olan 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Lorensi 2019-cu ildən Portuqaliyanın "Jil Visente" klubunda forma geyinirdi. Braziliyanın "Şapekoense" klubunun yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlayıb. O, sonralar "Vila Nova" və "Brazil de Pelotas" da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest