Fransanın PSJ klubunun yeni transferi Əşrəf Hakimi koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
22 yaşlı futbolçu COVİD-19 testinin pozitiv çıxması səbəbindən komanda ilə məşqlərdə iştirak edə bilmir. Mərakeşli oyunçunun nə vaxta kimi karantində qalacağı bilinmir.
 
Qeyd edək ki, Hakimi iyulun 7-də İtaliya "İnter"indən 70 milyon avro qarşılığında PSJ-yə transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest