Türkiyənin "Antalyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi əlcəzairli vinger Hussam Qaçanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı sağ cinah yarımmüdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.
 
Hussam Qaça Əlcəzairin "Setif" klubundan transfer olunub. O, 2018-ci ildən sözügedən komandanın uğurları üçün çalışırdı. Bu komanda hazırda davam edən Əlcəzair çempionatında 31 turdan sonra şərikli liderdir. "Antalyaspor"un yeni transferi forma geyindiyi 24 oyunda 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Əlcəzair yığmasında da oynayan futbolçu, əvvəllər ölkəsində daha iki klubun formasını geyinib.
 
"Antalyaspor" yamaykalı hücumçusu Dever Orgillə də yollarını ayırıb. 31 yaşlı yamaykalı futbolçu bundan sonra TFF 1-ci liqada mübarizə aparan "Manisa"da çıxış edəcək. O, geridə qalan mövsümdə Antalya təmsilçisində 32 matçda cəmi 1 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest