Niderland "Feyenoord"u heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, sözügedən klub İngiltərə "Brayton"unun yarımmüdafiəçisi Alireza Cahanbaxşı transfer edib.
 
Bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı vingerlə 4+1 illik müqavilə imzalanıb. O, yeni komandasında "9" nömrəli formanı geyinəcək.
 
Alireza Cahanbaxş 2018-ci ildən "Brayton"da çıxış edirdi. İran yığmasının da üzvü olan futbolçu, əvvəllər Niderlandda "Neymegen" və "Alkmaar" klublarında forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest