Ukraynanın gənclərdən ibarət yığma komandasının hücumçusu Nikolay Kuxareviç Fransanın "Trua" klubuna transfer olunub. Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Lvov "Rux"unda çıxış edən futbolçunun transferi ilə bağlı maddi detallar açıqlanmayıb. 20 yaşlı futbolçu Fransa klubu ilə 5 illik müqaviləyə imza atıb.
 
Nikolay Kuxareviç Ukraynanın "Volın" klubunun yetirməsidir. Amma o, peşəkar karyerasına məhz 2020-ci ildə transfer olunduğu "Rux"da başlayıb. Ukraynanın gənclərdən ibarət yığmasının da üzvü olan futbolçu, bu komandada keçirdiyi 5 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest