İngiltərənin "Kristal Pelas" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "çelsi"dən Mark Qehini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
 
"Kristal Pelas" Qehi üçün "çelsi"yə 23 milyon avro ödəyib. "Zadəganlar"ın yetirməsi olan müdafiəçi İngiltərənin U-21 yığmasının da üzvüdür.
 
Qexi ötən mövsümü icarə əsasında "Suonsi Siti"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest