Fransa milli komandasının sabiq futbolçusu Kevin Qameyronun yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, son ünvanı İspaniya "Valensiya"sı olan 34 yaşlı hücumçu "Strasburq" klubuna keçib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qameyro ilə 2 illik müqavilə imzalanıb.
 
Fransalı hücumçu peşəkar futbolçu karyerasına məhz "Strasburq"da başlayıb. O, 2005-2008-ci illər aralığında bu klubun uğurları üçün çalışıb.
 
Karyerası ərzində Fransada "Strasburq", "Loryan", PSJ, İspaniyada "Atletiko", "Valensiya" kimi klublarda çıxış edən Qameyro Fransa milli komandasında 13 oyuna 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest