"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "çukariçki" klubuna qarşı keçirəcəkləri oyunlar ərəfəsində matc.az saytının suallarını cavablandırıb:

- "çukariçki" ilə oyuna hazırlıq necə keçdi? Komandanız serblərlə görüşə hazırdırmı?
- Demək olar ki, məşqlərə başlayandan bu oyuna hazırlaşırıq. Şükürlər olsun ki, hər şey qaydasinda keçdi, zədəlimiz olmadı. "çukariçki" ilə oyunlara hazır olduğumuzu düşünürəm.

- Rəqib haqda nə bilirsiniz?
- Məşqçilər heyəti demək olar ki, rəqib haqqında hər şeyi bizə izah edib. Analizlər zamanı da rəqibimizin necə güclü komanda olduğunu gördük. Serbiya təmsilçisinin güclü tərəflərindən istifadə etməsinə mane olmağa, zəif cəhətlərindən isə yararlanmağa çalışacağıq.

- Komandanızda əsas problem hansı mövqe ilə bağlıdır?
- Şükürlər olsun ki, indiki məqamda hansısa mövqedə problemimiz yoxdur. İnşallah, oyuna qədər də elə olar.

- "Sumqayıt"ın mərhələ keçmək şansı nə qədərdi?
- Kağız üzərində rəqib favoritdir. Amma biz də yeni bir tarix yazmaq istəyirik. Rəqib güclüdür, amma oynamaq olar. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Səfər qolu ləğv edilib. Bu barədə nə deyə bilərsiz?
- Əvvəllər ilk oyunda qol vurmağa çalışırdın ki, bir qol ikiyə bərabər idi. İndi elə deyil. İdman prinsipi baxımından belə daha yaxşıdır. Bundan sonra hər iki oyunun nəticəsinə köklənməyə məcbur olacaqsan. İnşallah, biz də istədiyimiz nəticəni qazanarıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest