"Sabah" iyulun 23-də "Samqurali", ayın 28-də isə "Saburtalo" ilə də yoxlama oyunu keçirəcək.

Növbəti mövsümə hazırlığı Gürcüstanda davam etdirən "Sabah" bu gün Tiflis toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Ramin Quliyevin çalışdırdığı kollektiv yerli "Şukura" ilə üz-üzə gəlib.

Kobuleti təmsilçisi ilə görüş "Zestafoni" təlim-məşq bazasında baş tutub. "Sabah" bu oyundan minimal hesabla qalib ayrılıb.

"Sabah" iyulun 23-də "Samqurali", ayın 28-də isə "Saburtalo" ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
20 iyul

Sabah – Şukura 1:0
Qol: Xulio Rodriqes, 67.
"Zestafoni" təlim-məşq bazası.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest