"Keşlə" Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın "Soçi" komandası ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, ilk oyun iyulun 22-də Soçi şəhərində keçiriləcək.
 
Bu gün səfərə çıxan Azərbaycan təmsilçisi artıq Soçi şəhərindədir. "Radisson Blu Resort & Congress Center" otelində məskunlaşan "Keşlə" bu gün axşam məşq etməyi planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest