"Mövsümün başlanğıcını və "Qarabağ"a qarşı oyunları buraxacağım üçün çox məyusam. Mümkün olan ən qısa zamanda geri qayıtmağa çalışacam. Komandamla Bakıya yollanmayacam. "Qarabağ"la oyunu izləyəcəm və komandama uzaqdan dəstək olacam".

İsrailin "Aşdod" komandasının futbolçusu Məhəmməd Knaan əməliyyat olunub. Matc.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi azı 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məhəmməd "Aşdod"un "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının 2-ci mərhələ oyunlarını buraxacaq.
 
Yarımmüdafiəçi "Qarabağ"la oyunlar üçün "Aşdod"la Bakıya gəlməyəcək. O, Ağdam təmsilçisi ilə görüşdə komandasına uzaqdan dəstək olacağını bildirib:
 
"Mövsümün başlanğıcını və "Qarabağ"a qarşı oyunları buraxacağım üçün çox məyusam. Mümkün olan ən qısa zamanda geri qayıtmağa çalışacam. Komandamla Bakıya yollanmayacam. "Qarabağ"la oyunu izləyəcəm və komandama uzaqdan dəstək olacam".
 
İyulun 22-də keçiriləcək "Qarabağ" – "Aşdod" matçı saat 20:00-da start götürəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da, İsraildə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest