Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan "Sabah" bu gün toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Matc.az xəbər verir ki, komanda yerli "Şukura" (Kobuleti) klubuyla üz-üzə gələcək.
 
Bu görüş "Sabah"ın 17-ci beynəlxalq yoxlama oyunu olacaq. Komanda bu günə kimi 16 beynəlxalq yoxlama matçı keçirib. Bu oyunların 5-də qalib gələn "göy-ağlar", 3 görüşdə məğlub olub. Top fərqi "Sabah"ın xeyrinədir – 28-26.
 
"Sabah" bu günə kimi 7 ölkə təmsilçisi ilə qarşılaşıb. Komanda ən çox Türkiyə klubları ilə üz-üzə gəlib – 7 dəfə. ümumiyyətlə, "Sabah" qardaş ölkədən başqa, Qazaxıstan (2 dəfə), Macarıstan (2), Rumıniya (2), Rusiya, İsveçrə və Qətər təmsilçiləri ilə də qüvvəsini sınayıb. Komanda ilk dəfə Gürcüstan təmsilçisi ilə üz-üzə gələcək.
 
"Sabah"ın bu günə kimi keçirdiyi bütün beynəlxalq yoxlama oyunları:
 
2018 (Yay toplanışı)

"Sabah" – "Giresunspor" (Türkiyə) 1:1
Qol: Vitali Kvaşuk.
Bolu, Türkiyə.
 
"Sabah" – "Osmanlıspor" (Türkiyə) 1:1
Qol: Tural Qürbətov.
Bolu, Türkiyə.
 
"Sabah" – "Sancaktəpə Bələdiyyəspor" (Türkiyə) 2:2
Qollar: Elşən Abdullayev, Elgün Nəbiyev.
Bolu, Türkiyə.
 
"Sabah" – "Alanyasaspor" (Türkiyə) 1:1
Qol: Elgün Nəbiyev.
Bolu, Türkiyə.
 
2019 (Qış toplanışı)
 
"Sabah" – "Eskişehirspor" (Türkiyə) 1:0
Qol: Emil Qasımov.
Antalya, Türkiyə.
 
"Sabah" – "Tobol" (Qazaxıstan) 2:2
Qollar: Rəşad Eyubov, Cavid İmamverdiyev.
Antalya, Türkiyə.
 
"Sabah" – MTK (Budapeşt, Macarıstan) 3:1
Qollar: Vadim Abdullayev, Marko Deviç, Cavid İmamverdiyev.
Antalya, Türkiyə.
 
"Sabah" – "Syon U-23" (İsveçrə) 4:4
Qollar: Marko Deviç-pen, Elşən Abdullayev, Təmkin Xəlilzadə, Filip İvanoviç.
Antalya, Türkiyə.
 
2019 (Yay toplanışı)
 
"Sabah" – "Konkordia" (Rumıniya) 1:2
Qol: Cavid Tağıyev.
Bolu, Türkiyə.
 
"Sabah" – "Kemerspor" (Türkiyə) 2:1
Qol: Amadu Diallo, Hendrik Ekşteyn.
Qızılcahamam, Türkiyə.
 
"Əl-Şahaniyə" (Qətər) – "Sabah" 2:3
Qollar: Məqsəd İsayev (2), Cavid İmamverdiyev.
Sakarya, Türkiyə.
 
"Gənclərbirliyi" (Türkiyə) – "Sabah" 4:2
Qollar: Təmkin Xəlilzadə, Emil Qasımov.
Ankara, Türkiyə.
 
2020 (Qış toplanışı)
 
"Sabah" – "Pakş" (Macarıstan) 0:2
Antalya, Türkiyə.
 
"Sabah" – "Akademika Klinçeni" (Rumıniya) 0:0
Antalya, Türkiyə.
 
"Kaysar" (Qazaxıstan) – "Sabah" 1:3
Qollar: Filip İvanoviç, Ceyhun Nuriyev, Mario Marina.
Antalya, Türkiyə.
 
"Sabah" – "Spartak-2" (Moskva, Rusiya) 2:2
Qollar: Marko Deviç-pen, Ceyhun Nuriyev.
Antalya, Türkiyə.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest