"Zirə"nin sabiq müdafiəçisi Anastasios Papazoqlu UEFA çempionlar Liqasında "Neftçi" ilə Yunanıstan "Olimpiakos"u arasında baş tutacaq oyunlar öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
 
"Neftçi" yaxşı komandadır. çox yaxşı baş məşqçisi var. Bu il çempion oldular. Amma "Olimpiakos" da əla komandadır. Hər zaman Yunanıstanda və Avropada öz sözünü deməyi bacarıb.
 
Hesab edirəm ki, "Olimpiakos" bu rəqibini asanlıqla keçəcək. Bu komanda öz ritmini yaxalayandan sonra istənilən rəqibə qalib gələ bilər. "Olimpiakos" rəqibindən səviyyəcə çox fərqlənir. "Neftçi" ilə arasında çox böyük fərq var. "Olimpiakos" "Neftçi"yə qalib gələ bilməsə, bu, klub üçün böyük zərbə olar və narazılıq yaradar".
 
Papazoqlu "Neftçi"nin baş məşqçisi Samir Abasovun rəhbərliyi altında oynamasından da danışıb: "Mən Abbasovla çalışmışam. Amma çox az. O, harada çalışıbsa, yaxşı kollektiv yarada bilib. Mən Azərbaycanda oynadığım dövrdə "Neftçi" elə də güclü deyildi. Amma Abasovun gəlişindən sonra komanda titul qazana bildi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest