İngiltərənin "Vulverhempton" klubunda çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşovun illik qazancı məlum olub. Matc.az xəbər verir ki, "canavarlar"la müqaviləsi 2023-cü ilin yayına qədər olan 22 yaşlı futbolçu həftəlik 21 min funt-sterlinq (49 min manatdan çox) qazanır.
 
Bu barədə "sportspayouts.com" saytı məlumat yayıb. Hücumçunun klubda illik məvacibi 1 milyon funt-sterlinqdən (2 milyon 340 min manatdan çox) çoxdur.
 
Dadaşov 2019-cu ilin yayında "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Hücumçu "canavarlar"ın əsas komandası ilə oyuna çıxmayıb.
 
Renat Dadaşov Azərbaycan millisində 7 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest