Rusiyanın "Soçi" komandası Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı "Keşlə" ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, baş məşqçi Vladimir Fedotov siyahıda 21 futbolçuya yer verib.
 
Qapıçılar: 1. Denis Adamov, 12. Nikolay Zabolotnı, 35. Soslan Canayev;
 
Müdafiəçilər: 4. Mateo Baraç, 5. Rodriqo De Souza Prada, 13. Sergey Terexov, 20. İqor Yurqanov, 24. Emanuel Mammana, 27. Kirill Zayka, 34. Timofey Marqasov, 45. İvan Miladinoviç, 87. Danila Proxin;
 
Yarımmüdafiəçilər: 6. Artur Yusupov, 8. İvelin Popov, 15. İbrahim Tsallaqov, 16. Kristian Noboa, 18. Nikita Burmistrov, 19. Bekanti Viktorien Anqban, 22. Ramos Dos Santos;
 
Hücumçular: 9. Marko Duqandziç, 10. Maksim Barsov.
 
Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest