21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviçin köməkçiləri müəyyənləşib. Matç.az-ın report.az-a istinadən məlumatına görə, 42 yaşlı mütəxəssisin köməkçilərindən biri "Sumqayıt"ın əvəzedici heyətinin baş məşqçisi Elbrus Məmmədov olub.

Obradoviçin digər köməkçisi isə ukraynalıdı. Bu, Azərbaycana gələnədək Estoniyanın "Nimme Kalyu" klubunun əvəzedici komandasına rəhbərlik etmiş Roman Kojuxovskidi.

Nəhayət, Draqoslav Poleksiç yeni baş məşqçiyə qapıçılarla iş üzrə məşqçi kimi yardımçı olacaq.

Qeyd edək ki, Milan Obradoviç Azərbaycanın U-21 yığmasına yanvarın 11-də baş məşqçi təyin edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest