"Belə olacağı halda, əks-hücumlara daha çox üstünlük verəcəyik. Düzdür, bu qərarları baş məşqçi verəcək, amma uğur qazanmağımız üçün ən səmərəli oyun üslubudur"

"Olimpiakos" da "Qarabağ" kimi öz ölkələrində irəlidə gedən və ardıcıl çempionluğu təmin edən klubdur. çempionlar Liqası təcrübəsinə malikdir. ötən mövsüm də bu turnirdə iştirak ediblər". Matc.az xəbər verir ki, bu sözləri millimizin sabiq yarımmüdafiəçisi, veteran futbolçu Aslan Kərimov deyib. 
 
Bu gün UEFA çempionlar Liqasının II təsnifat mərhələsində ölkə çempionu "Neftçi" Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Bu barədə danışan Kərimovun fikrincə, rəqib əsl yunan futbolu, aqressiv futbol nümayiş etdirir: "Bəli, taktiki baxımdan ola bilsin ki, hansısa boşluqları var, amma buna baxmayaraq, oyun üslubları dəyişməyəcək. Rahatlıqla rəqibə təzyiq göstərəcək futbolçuları var. Həm də nəzərə alaq ki, klubun maddi durumu da yaxşıdır. Açığı, belə bir kluba qarşı oynamaq çətin olacaq. 
 
Tiflis "Dinamo"suna qarşı keçirdiyi hər iki oyun "Neftçi" üçün "Olimpiakos"a qarşı bir növ hazırlıq idi. Heyətdəki boşluqlar üzərində işləməyə imkan verdi. Yəqin ki, Yunanıstan təmsilçisinə qarşı daha effektiv heyətlə çıxacaqlar və açıq futbol oynamayacaqlar. Düşünürəm ki, ilk oyunda yunanlara qarşı ehtiyatlı futbol nümayiş etdirməliyik. Bəlkə də taktiki sxem baxımından "beşli" müdafiə ilə başlamalı olacağıq. Belə olacağı halda, əks-hücumlara daha çox üstünlük verəcəyik. Düzdür, bu qərarları baş məşqçi verəcək, amma uğur qazanmağımız üçün ən səmərəli oyun üslubudur. "Neftçi"nin heyətində əks-hücum edə biləcək futbolçular da var. Həmin futbolçular bacarıqlarını tam olaraq meydana qoysalar, "Olimpiakos"a qarşı lazımi nəticəni qazanmaq olar".
 
Kərimov bildirib ki, "Dinamo" ilə müqayisədə ustalıq səviyyəsi "Neftçi"də daha çox idisə, "Olimpiakos"la müqayısədə belə deyil: "Neftçi" qapalı futbola üstünlük versə, yunanlar müdafiəni yarmağa çətinlik çəkəcəklər. Bizi qarşıda çətin rəqib gözləyir" (fanat.az).
 
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək. Cavab görüşü isə 1 həftə sonra Bakıda oynanılacaq. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest