Dünən Antalya təlim-məşq toplanışına start verən "Neftçi"nin üzvləri tibbi baxışdan keçir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunu düşərgəyə xüsusi olaraq dəvət edilmiş osteopat, fizioterapevt Rikardo Kontiqliani yerinə yetirir.

49 yaşlı italiyalı həkim daha bir neçə gün futbolçuları müayinə edərək, öz sahəsinə aid olan spesifik manipulyasiyaları onlara tətbiq edəcək.

Qeyd edək ki, baş məşqçi Roberto Bordinin çalışdırdığı "Ellas Verona" (İtaliya) və "Şerif" (Moldova) klubları ilə əməkdaşlıq etmiş Rikardo Kontiqlianinin sonuncu iş yeri "Latsio" olub. O, Roma təmsilçisində 3 il çalışıb. Bu sahədə 20 ildən çox təcrübəsi olan mütəxəssis bir çox tanınmış idmançıları da müayinə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest