"Yuventus"un futbolçusu Kriştianu Ronaldo sevgilisi Corcina Rodrigeslə birlikdə istirahətini Dubayda keçirib. Matç.az saytının məlumatına görə, ispaniyalı model yaxta ilə gəzinti zamanı çəkdirdiyi şəkilləri instaqram hesabından paylaşıb.

Corcina arxasında Dubay şəhərinin göründüyü bir fotoya "dünya vətəndaşı" başlığını qoyub. Onun bu paylaşımı qısa müddətdə böyük marağa səbəb olub.

Təsadüfi deyil ki, həmin foto 1 milyondan çox izləyici tərəfindən bəyənilib, həmçinin 3000-dən çox rəy yazılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest