Polşanın "Legiya" komandasının baş məşqçisi çeslav Mixneviç çempionlar Liqasının 2-ci mərhələsinin "Flora" (Estoniya) ilə ilk matçından sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, Mixneviç, 2:1 hesabıyla qələbə qazandıqları görüşü şərh edərkən hücumçular, Mahir Emreli və Tomaş Pexart haqda da fikirlərini söyləyib:
 
"Pexart komandaya gec qoşuldu. Emreli və Pexart birlikdə oynamağa öyrəşməlidirlər. Onların zamana ehtiyacı var. Bir-birilərinə necə kömək edəcəklərini bilməlidirlər. İlk hissədə problemimiz var idi. çünki bir-birlərindən uzaq oynayırdılar. Pexart daha əvvəl Rafa Lopes ilə 3-5-2 sistemində oynayıb. Bu sistemin necə işlədiyini bilir. Emreli də bunu öyrənməlidir. Bu şeyləri oyun zamanı qavramaq lazımdır. çünki məşqdə bunun üçün çalışmağa kifayət qədər vaxt olmur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest