İtaliyanın "Kalyari" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "İnter"dən Dalberti heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi 2021/22 mövsümünü icarə əsasında "Kalyari"də keçirəcək.
 
2017-ci ildən "İnter"də çıxış edən braziliyalı müdafiəçi ötən mövsümü icarə əsasında Fransanın "Renn" komandasında keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest