Polşanın "Legiya" komandasının 2021/22 mövsümündə istifadə edəcəyi oyun formaları təqdim olunub.
 
Matc.az xəbər verir ki, Varşava təmsilçisinin yeni geyim dəstlərini Azərbaycan millisinin hücumçusu Mahir Emreli təqdim edib.
 
Qeyd edək ki, 24 yaşlı forvard "Legiya"nın heyətində meydana çıxdığı 4 rəsmi oyunda 3 qol vurub.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest