17 yaşlı üzgüçü Aniqa Qaffur (Şri-Lanka) və Yusra Mardinini (Qaçqınların olimpiya komandası) qabaqlayaraq, qrupunu birinci sırada tamamlayıb.

2020-ci il Tokio Yay Olimpiya Oyunlarında üzgüçülük yarışlarına start verilib. Matc.az xəbər verir ki, təmsilçilərimizdən Maksim Şemberev mübarizəyə qoşulub. 27 yaşlı idmançı qarışıq üsulla 400 m məsafəni qət etməyə çalışıb. Maksim ikinci təsnifat qrupunu sonuncu - 8-ci sırada tamamlayıb. Qrupundan asılı olmayaraq, ən yaxşı 8 göstəriciyə malik üzgüçülər final etapına vəsiqə əldə ediblər. Bu mənada Maksimin göstəricisi (4:19.40) yetərli olmayıb. Şemberev 29 üzgüçü arasında 26-cı nəticə göstərib.

Şemberevlə yanaşı, Məryəm Şeyxəlizadəxangah da bu gün mübarizəyə qoşulub. O, qadınların batterflay üsulla 100 m məsafəyə yarışında qüvvəsini sınayıb. Məryəm üç nəfərdən ibarət birinci təsnifat qrupunda yarışıb. 17 yaşlı üzgüçü Aniqa Qaffur (Şri-Lanka) və Yusra Mardinini (Qaçqınların olimpiya komandası) qabaqlayaraq, qrupunu birinci sırada tamamlayıb. Yarımfinala vəsiqə qazanmaq üçün Məryəm göstəricisinə görə (1:01.37) "ilk 16-lıq"da yer almalı idi. Lakin təmsilçimiz 33 üzgüçü arasında 30-cu olaraq mübarizəni dayandırıb.


 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest