Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı hücumçu Əhməd Musanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Musa ilə 2 illik müqavilə imzalanıb.
 
Nigeriya milli komandasının da üzvü olan Musa, karyerası ərzində "Kano Pillars", Niderlandın "Venlo", Rusiyanın çSKA və İngiltərənin "Lester Siti" klublarında çıxış edib. Musanın son ünvanı Nigeriyanın "Kano Pillar" klubu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest