Tokio-2020-də ağır atletikada ilk medallar sahibini tapıb. Matc.az xəbər verir ki, Tokio Beynəlxalq Forumunun ev sahibliyi etdiyi yarışmada qadınlarda 49 kq çəki dərəcəsində qalib müəyyənləşib. 
 
Birdən qaldırmada 94, təkanla qaldırmada isə 116 kq-ın öhdəsindən gələn Hou çjihuey (toplam 210 kq) qızıl medalın sahibi olub. 
 
Beləliklə, çin təmsilçisi hər üç göstəricidə yeni olimpiya rekordu müəyyənləşdirib. Mirabai çanu (Hindistan) gümüş, Aysa Vindi Kantika (İndoneziya) isə bürünc medal qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest