"Kəpəz" yeni mövsümə hazırlıqla bağlı transfer çalışmalarını davam etdirir. Matc.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Cavid İmamverdiyevi heyətinə cəlb edib. 31 yaşlı yarımmüdafiəçi "sarı-göylər"in heyətində 8 nömrəli futbolkada çıxış edəcək.
Qeyd edək ki, İmamverdiyevin buna qədər son klubu "Sumqayıt" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest