Su polosu üzrə qadınlardan ibarət ABŞ milli komandası yeni Olimpiya rekorduna imza atıb. Matç.az xəbər verir ki, ABŞ millisi Olimpiadanın qrup mərhələsi çərçivəsində Yaponiya yığmasını 25:4 hesabı ilə məğlub edib. İndiyədək Yay Olimpiya Oyunları tarixində belə məhsuldar nəticə qeydə alınmayıb.
 
Bu gün start götürən su polosu yarışlarına avqustun 8-də yekun vurulacaq.
 
Qeyd edək ki, "Tokio-2020" avqustun 8-dək davam edəcək. Olimpiadada Azərbaycanı 44 idmançı təmsil edir.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest