Tokio-2020-nin Təşkilat Komitəsi son 24 saat ərzində koronavirusa yoluxan şəxslərin sayını açıqlayıb. Matc.az xəbər verir ki, daha 17 nəfərdə COVID-19 aşkarlanıb. Koronavirus testinin nəticəsi müsbət olan şəxslərdən biri idmançıdır. O, Olimpiya kəndində yaşamır. Digər şəxslər isə podratçılar (14 nəfər) və işçilərdir (2 nəfər).

Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək. Koronavirus səbəbindən Tokio-2020-də əksər yarışlar tamaşaçılarsız keçirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest