Tokio-2020-də tennis yarışlarına start verilib.  Matc.az xəbər verir ki, kişilərin mübarizəsində dünyanın bir nömrəsi, "Böyük dəbilqə" turnirlərinin 20 qat qalibi Novak Cokoviç "Ariake Tennis Park"ın mərkəzi kortuna çıxıb.

Serb raketka ustası ilk mərhələdə boliviyalı Uqo Delyenlə qarşılaşıb. Gözlənildiyi kimi, matç Cokoviçin aşkar üstünlüyü şəraitində keçib. 34 yaşlı tennisçiyə qələbə üçün 61 dəqiqə kifayət edib. Servis oyunlarının hamısından xal çıxarmağı bacaran Cokoviç, toplam 4 dəfə breyk edərək, 2:0 hesablı qələbəyə sevinib.

Tokio-2020
Tennis
Kişilər
Birinci mərhələ

Novak Cokoviç (Serbiya) - Uqo Delyen (Boliviya) - 2:0 (6:2, 6:2)

Cokoviçin növbəti rəqibi Almaniya təmsilçisi Yan-Lennard Ştruff olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest