"Everton"dan ayrılan Bernard karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək. Matc.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Əl Şarca" klubuna keçib.
 
Bu barədə BƏƏ təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Əl Şarca" 28 yaşlı futbolçu ilə 2+1 şərtiylə müqavilə imzalayıb.
 
Bernard "Everton"dan başqa, Braziliyada "Atletiko Mineyro" və Ukraynada "Şaxtyor"da çıxış edib. Yarımmüdafiəçi Braziliya yığmasında 14 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest