Tokio Olimpiadasında oxatmanın qarışıq komanda növündə mübarizəyə yekun vurulub. Matc.az xəbər verir ki, Kim Ye Deok (17 yaş) və An Sandan (20 yaş) ibarət Cənubi Koreya finalda Niderlanda 5:3 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb. Bürünc medal uğrunda görüşdə isə Mete Qazoz və Yasemin Ecem Anagözdən təşkil olunmuş Türkiyə yığması meksikalı həmkarlarına 2:6 hesabı ilə məğlub olaraq medalçılar sırasından kənarda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest