Bu gün Olimpiadada mübarizəyə qoşulanlar sırasında Tokio-2020-nin ən gənc idmançısı Hend Zaza da var. Matc.az xəbər verir ki, Zaza stolüstü tennisdə qadın fərdlərin mübarizəsində təsnifatda Lyu Tsya ilə qarşılaşıb. Avstriyanı təmsil edən Lyu sürprizə imkan verməyərək 12 yaşlı rəqibini 4:0 (11:4, 11:9, 11:3, 11:5) hesabı ilə məğlub edib. 
 
Zaza Tokio Yay Olimpiya Oyunlarında Suriyanın bayraqdarlarından biridi. O, Tokio-2020-də iştirak haqqı əldə edən ən gənc idmançıdı. ümumilikdə isə Zaza Olimpiadalar tarixinin ən gənc beşinci atleti hesab olunur. Bir çox mənbəyə görə, bu mənada rekord 10 yaşında ikən 1896-cı ildə Afinada keçirilən ilk Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş və bürünc medal qazanmış gimnast Dimitrios Lundrasa məxsusdu.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest