Olimpiadaların üçqat mükafatçısı Breydi Ellison nəticəyə hələ də anlam verə bilmədiyini və şokda olduğunu bildirib

ABŞ komandası Tokio-2020-nin ilk günündə medal qazana bilməyib. Matc.az xəbər verir ki, bu, son 49 ildə ilk belə haldı. 

ABŞ sonuncu dəfə 1972-ci il Münhen Olimpiadasında bənzər situasiya ilə üzləşmişdi. Bu gün Yay Olimpiya Oyunlarında toplam 11 dəst medal oynanılır. Hələlik bütün qaliblərin kimliyinə aydınlıq gəlməsə də, amerikalıların günü medalsız tamamlayacağı dəqiqləşib. 
 
Sensasiyalardan biri oxatma üzrə qarışıq komanda yarışında qeydə alınıb. ABŞ 1/8 finalda İndoneziyaya məğlub olaraq, mübarizəni dayandırıb. Olimpiadaların üçqat mükafatçısı Breydi Ellison nəticəyə hələ də anlam verə bilmədiyini və şokda olduğunu bildirib. Medal qazanacağını gözləyən digər bir amerikalı atlet Cordan Delakruz (ağır atletika) da uğursuzluqla üzləşib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest